Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
“Aİ-nin Daimi Nümayəndələr Komitəsi Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib”, – agentliyin mənbəsi bildirib.
Fransa prezidenti Emmanuel Makron daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyasının Avropada dondurulmuş aktivlərinə hüquqi əsas olmadığı üçün həbs qoyula bilməz.
Makron bəyan edib ki, Rusiya aktivlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülməli və münaqişə həll edildikdən sonra Rusiyanın aktivləri Ukraynanın bərpasına kömək etmək üçün istifadə edilməlidir.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot mayın 11-də bildirib ki, Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiyalar paketinə daxil ediləcək məhdudiyyətlərin demək olar ki, yarısı Fransa tərəfindən formalaşdırılıb.
Mayın 10-da Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniya və Polşa baş nazirləri Keir Starmer və Donald Tusk Moskvanın Kiyevin 30 günlük atəşkəs şərtlərini qəbul etmədiyi təqdirdə Rusiyanı yeni sanksiyalarla hədələyiblər.
//Gülnarə Abasova, Editor.az