Aİ Rusiyaya qarşı 8-ci sanksiyalar paketini qəbul edibbackend

Aİ Rusiyaya qarşı 8-ci sanksiyalar paketini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Şurası Ukraynadakı hərbi əməliyyatlarına görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edir.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Şurası Ukraynada davam edən hərbi əməliyyat və Donbass, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qərarından sonra Moskvanı hədəf alan 8-ci sanksiyalar paketini təsdiqləyib. Yeni sanksiyalarla dəniz yolu ilə daşınan Rusiya neftinə tavan qiymət tətbiq olunacaq. Sanksiyalardan yayınma mexanizmlərində iştirak edənlər cəzalandırılacaq. Aİ vətəndaşlarına Rusiya dövlət firmalarında yüksək vəzifə tutmaq qadağan ediləcək.

Bundan əlavə, Rusiya vətəndaşlarına kriptovalyuta xidmətlərinin göstərilməsi də qadağandır. Rusiya şirkətlərinə informasiya texnologiyaları, mühəndislik və hüquqi məsləhət xidmətləri göstərmək mümkün olmayacaq. Sanksiyalar çərçivəsində Donetsk və Luqansk xalq respublikalarına, Xerson və Zaporojye vilayətlərinə məhdudiyyətlər genişləndiriləcək. Rusiyaya odlu silah, hərbi maşın və texnikanın satışına qadağa qoyulacaq.

//Gülnarə Abasova, Editor.az