Aİ Rusiyaya qarşı sanksiyaların ABŞ-ın planlarına baxmayaraq davam edəcəyini bildiribbackend

Aİ Rusiyaya qarşı sanksiyaların ABŞ-ın planlarına baxmayaraq davam edəcəyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı Ukrayna böhranı ilə bağlı planlarına zidd olsa belə, Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirməyi planlaşdırır”.

Editor.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Paula Pinyo mətbuat konfransında bildirib. “ABŞ-ın enerji haqqında nə düşündüyünü bilmirəm, amma bizim sanksiya paketlərimiz var və enerjiyə də təsir edən 16-cı sanksiya paketi müzakirə olunur”, – Pinho bildirib.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban fevralın 12-də bildirib ki, Aİ Ukraynadakı münaqişə də daxil olmaqla, öz vətəndaşlarının maraqlarına xidmət etməyən siyasət yürüdür. Onun sözlərinə görə, Avropada insanların əksəriyyəti sülh istəyir, Avropa İttifaqının liderləri isə Rusiyaya qarşı müharibədə qalib gəlmək istəyirlər.

//Gülnarə Abasova, Editor.az