Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqlənməsi üçün tarixi açıqlayıbbackend

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqlənməsi üçün tarixi açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sullivan bildirib ki, Rusiyaya qarşı 14-cü məhdudiyyət paketi iyunun ortalarına qədər qəbul ediləcək.

Editor.az xəbər verir ki, o, bu barədə RBC-Ukrayna agentliyinə müsahibəsində bildirib.

O əlavə edib ki, yeni paket çərçivəsində “həm enerji, həm də dənizçilik sektorunda” tədbirlər müzakirə olunub. Xüsusi nümayəndənin sözlərinə görə, sanksiyalar siyahısına “kölgə donanması” probleminin həlli ilə bağlı tədbirlər də daxil ola bilər, lakin bu təklif hələ təsdiqlənməyib və yekdilliklə təsdiqlənməlidir.

//Gülnarə Abasova, Editor.az