Aİ son iki ildə ilk dəfə Rusiyadan təbii qaz idxalını artırıbbackend

Aİ son iki ildə ilk dəfə Rusiyadan təbii qaz idxalını artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) son iki ildə ilk dəfə olaraq Rusiyadan maye qaz idxalını artırıb. Rusiya iki il ərzində Aİ-yə bir milyard avrodan çox təbii qaz tədarük edib.

Editor.az-ın Eurostat-a istinadən verdiyi məlumata əsasən, Avropa İttifaqı Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını artırmağa davam edir. Buna görə yanvar ayında idxal iki ildə ilk dəfə 1 milyard avronu keçib.

Statistika agentliyinin məlumatına görə, Aİ yanvarda Rusiyanın təbii qaz idxalını dekabr ayı ilə müqayisədə 17 faiz artıraraq ilin əvvəlində ardıcıl üç ay ərzində 1,074 milyard avroya çatdırıb. Bu, 2023-cü ilin yanvarından bəri ən yüksək alış həcmi olub.

Aİ daxilində təbii qazın alışı aşağıdakı kimi həyata keçirilib:

Fransa 455,2 milyon avro dəyərində Rusiya qazını alıb ki, bu da əvvəlki ayla müqayisədə 13 faiz artaraq bütün alışların demək olar ki, yarısını təşkil edir.

İspaniya idxalını 31,5 faiz artıraraq 261,5 milyon avroya çatdıraraq ikinci yeri tutub.

İlk üçlüyü dekabr ayı ilə müqayisədə 1,9 dəfə artaraq 256,7 milyon avro ilə Belçika tamamlayıb.

Hollandiya da bir ay əvvəl 98,5 milyon avro ilə müqayisədə 100 milyon avro dəyərində təbii qaz alaraq böyük alışlar edib.

Digər tərəfdən, İtaliya və Portuqaliya yanvar ayında Rusiya qazını idxal etməyib.

//Gülnarə Abasova, Editor.az