Aİ Şurası Ukraynaya 3,5 milyard avro ödəməyi təsdiqləyibbackend

Aİ Şurası Ukraynaya 3,5 milyard avro ödəməyi təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Şurası Ukraynaya 3,5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

“Şura Ukrayna Proqramı çərçivəsində Ukraynaya ödənilməmiş qrant və kreditlərin üçüncü ödənişini təsdiqlədikdən sonra Ukrayna tezliklə təxminən 3,5 milyard avro alacaq”, – bəyanatda deyilir.

Aİ Şurası belə qənaətə gəlib ki, Kiyev Ukrayna Fondundan üçüncü tranşı almaq üçün lazımi şərtlərə cavab verir.

Şura qeyd edib ki, bu proqramın əsas məqsədi Ukraynanın makromaliyyə sabitliyini dəstəkləməkdir.

Qeyd edək ki, 2024-cü il martın 1-dən qüvvəyə minən Ukrayna Fondu 2024-2027-ci illər arasında Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək üçün qrant və kredit şəklində 50 milyard avroya qədər vəsait ayırır.

//Gülnarə Abasova, Editor.az