ABŞ prezidenti Donald Tramp İrana hücum qərarı ilə bağlı Aİ liderlərini əvvəlcədən xəbərdar etməyib.
Editor.az bu barədə Politico-ya istinadla xəbər verir.
“Tramp İranın nüvə obyektlərinə B-2 zərbələrini təsdiq etməmişdən əvvəl Avropa liderlərinə xəbərdarlıq etməyib. Lakin o, keçən həftə Kanadada keçirilən G7 sammitində liderləri belə bir hücuma meylli olduğu təəssüratı ilə tərk etdi”, – nəşr yazır.
“The New York Times” daha əvvəl yazmışdı ki, ABŞ hərbi kəşfiyyatının İranın nüvə obyektlərinə hücumun effektivliyinə dair hesabatının sızması ABŞ prezidenti Donald Trampın NATO-nun davam edən sammitində qələbəsinə kölgə salıb.
//Gülnarə Abasova, Editor.az