Avropa İttifaqı rusiyalı iş adamları Qriqori Berezkin, Aleksandr Şulqin və Fərhad Əhmədovu sanksiya siyahısından çıxaracaq.
Editor.az bu barədə “Reuters”ə istinadən xəbər verir. Agentliyin iki diplomatik mənbəsinin məlumatına görə, Aİ üç Rusiya vətəndaşına qarşı sanksiyaların müddətini uzatmayacaq.
Onların səlahiyyət müddəti sentyabrın 15-də başa çatır. Agentliyin qeyd etdiyi kimi, Avropa İttifaqı hər hansı şəxs və ya şirkətə qarşı sanksiyalar tətbiq etməzdən əvvəl bloka üzv olan 27 ölkənin hamısının yekdil qərarı lazımdır.
//Gülnarə Abasova, Editor.az

