Avropa rəsmiləri Ukraynadakı hadisələr, Aİ iqtisadiyyatı və regional təhlükəsizlik üçün “ən pis ssenarilər”, o cümlədən Brüsselin ABŞ-ın Kiyevə yardımını tamamilə dayandırmağı nəzərdən keçirməsi ehtimalını açıqlayıb.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
“Avropa İttifaqının yüksək vəzifəli məmurları üç aspektdə hadisələrin ən pis ssenarilərini müzakirə ediblər”, – deyə qəzet yazır.
Bunlara ABŞ-ın Ukraynaya dəstəyinin tamamilə dayandırılması, kəşfiyyat fəaliyyətinin dayandırılması və avropalıların ABŞ-dan aldığı silahların Kiyevə çatdırılmasının qarşısının alınması daxildir.
Aİ həmçinin iqtisadi artıma mənfi təsir edəcək “tam miqyaslı ticarət müharibəsi”ndən və ABŞ qoşunlarının Avropadan sürətlə çıxarılmasından narahatdır.
//Gülnarə Abasova, Editor.az