Ukraynanın Avropaya inteqrasiya prosesini Avropa Birliyində qərar qəbuletmə prosesinin xüsusiyyətlərinə görə maneələrlə dolu bir proseslə müqayisə etmək olar.
Editor.az xəbər verir ki, bunu Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova Ukraynanın “Avropa həqiqəti” nəşrində dərc olunan məqaləsində bildirib.
Noyabrın sonunda Maternova Ukraynanın bu onilliyin sonuna kimi Aİ-yə üzv olmaq məqsədinin real olduğunu düşündüyünü, lakin bu qərarın asan olmayacağını əlavə edib. Maternova bildirib ki, iki mühüm element var: Ukrayna bütün şərtləri yerinə yetirməlidir və bunun üçün çoxlu texniki iş görməlidir, həm də yeni üzvlərin qəbulu üçün Aİ-dən institusional qaydalara ehtiyacı var.
Həmçinin Ukrayna Prezident Aparatının rəhbəri Andrey Ermakın Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə Ukraynanın Avropaya inteqrasiyası məsələsini müzakirə etdiyi və tərəflərin Vladimir Zelenski ilə Ukraynanın baş naziri arasında görüş təşkil etməyə çalışdığı da bildirilib.
//Gülnarə Abasova, Editor.az

