Avropa İttifaqı Ukraynaya dördüncü maliyyə tranşını təqdim etməyə hazırlaşır. Bu vəsait Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına formalaşdırılıb və məbləği 1,4 milyard avro təşkil edir.
Məlumat European Commission tərəfindən yayılan rəsmi açıqlamada yer alıb.
Bildirilib ki, ayrılan vəsait Ukrayna dövlətinin dəstəklənməsinə, əsas dövlət xidmətlərinin qorunub saxlanmasına və ölkənin silahlı qüvvələrinə yardım məqsədilə istifadə olunacaq.
Ursula von der Leyen qeyd edib ki, bu maliyyə paketi Ukraynanın azadlığı və qələbəsinə dəstəyin davamı kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Avropa İttifaqının Ukraynaya dəstəyi dəyişməz olaraq qalır.
//Samir Qurbanov, Editor.az

