Aİ Ukraynaya birgə yardımı davam etdirməlidirbackend

Aİ Ukraynaya birgə yardımı davam etdirməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ukraynaya birgə maliyyə yardımını davam etdirməlidir.

Editor.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib.

Şolts Bundestaqdakı çıxışında deyib:“Bizim burada aydın mövqeyimiz var. Avropalılar kimi ölkənin maliyyə sabitliyi üçün Ukraynaya bu yardımı birgə verməliyik”.

“Politico” qəzeti isə yazıb ki, Olaf Şoltsun Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin tədarükü ilə bağlı tərəddüdləri Kiyevdə qəzəb doğurub.

Oktyabrın 5-də alman jurnalist Julian Roepke bildirib ki, Ukraynanı kifayət qədər hücum qabiliyyəti olmayan yalnız hava hücumundan müdafiə sistemləri ilə təmin etməklə Almaniya kansleri uzunmüddətli perspektivdə məğlubiyyəti yaxınlaşdırır.

//Gülnarə Abasova, Editor.az