Aİ Ukraynaya daha çox dəstək vəd edibbackend

Aİ Ukraynaya daha çox dəstək vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa Ukraynaya dəstəyini azaltmayacaq, əksinə, genişləndirməyi planlaşdırır”.

Editor.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok danışıb.

Barbok Brüsseldə Aİ həmkarları ilə görüşdə deyib: “Biz təkcə Ukraynaya dəstəyimizi göstərməyə deyil, həm də onu genişləndirməyə və inkişaf etdirməyə davam edəcəyik”.

Noyabrın 11-də məlum olub ki, Almaniyanın hakim koalisiyası gələn il Ukraynaya yardımı dörd milyard avrodan səkkiz milyard avroya yüksəldəcək. Eyni zamanda, bütövlükdə Avropa İttifaqı Ukraynaya hərbi ehtiyaclar üçün 20 milyard avro ayrılmasına qarşı çıxıb.

//Gülnarə Abasova, Editor.az