Aİ Ukraynaya döyüş meydanında “texniki üstünlük” vəd edibbackend

Aİ Ukraynaya döyüş meydanında “texniki üstünlük” vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta Ukrayna lideri Volodimir Zelenskiyə dəstək nümayiş etdiriblər.

Editor.az xəbər verir ki, avropalı rəsmilər sosial mediada yayımladıqları bəyanatda Ukraynaya Rusiya ilə münaqişədə “texniki üstünlük” qazandıracaq yeni proqramın yaxın vaxtlarda işə düşəcəyini bildiriblər.

“Biz tezliklə Ukraynaya döyüş meydanında texniki üstünlük verəcək yeni proqramı işə salacağıq”, – deyə vurğulanıb.

Von der Leyen və Kosta əlavə ediblər ki, Avropa İttifaqı və onun tərəfdaşları “ədalətli və davamlı sülh” əldə olunana qədər Ukraynanı dəstəkləmək üçün kifayət qədər siyasi iradəyə və resurslara sahibdir.

// Gülnarə Abasova, Editor.az