Avropa İttifaqı ölkələri Rusiya ordusuna qarşı müharibə aparmaq üçün Ukraynaya döyüş təyyarələri verməyə razılaşıblar.
Editor.az “Avropa həqiqəti”-nə istinadən yazır ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrell üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra deyib.
“Biz Ukraynanı silah-sursat hətta döyüş təyyarələri ilə təmin edəcəyik.
O, silahların çatdırılması yollarından danışarkən qeyd edib ki, Ukraynanın bir neçə Aİ üzvü ilə sərhədləri var və qərb sərhədləri hələ də açıqdır.
//Gülnarə Abasova, Editor.az

