Aİ Ukraynaya yardımla bağlı həqiqəti etiraf etdi: “Artıq pulumuz yoxdur”backend

Aİ Ukraynaya yardımla bağlı həqiqəti etiraf etdi: “Artıq pulumuz yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti özünün X (keçmiş Twitter) sosial media hesabında verdiyi bəyanatda Ukrayna münaqişəsinin Aİ büdcəsini tükəndirdiyini etiraf edib.

Editor.az xəbər verir ki, yazılı açıqlamada Ukraynadakı qarşıdurma və inflyasiya ilə mübarizənin AB-nin müddətli büdcə ehtiyatlarını tükətdiyi qeyd edilib və ittifaqın yaşadığı böhrana cavab vermək üçün daha çox vəsaitə ehtiyacı olduğu vurğulanıb.

Bundan əvvəl Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von Der Leyen komissiyanın 2024-2027-ci illəri əhatə edən uzunmüddətli Aİ büdcəsini nəzərdən keçirdiyini və üzv dövlətlərin miqrasiya, qaçqın təcrübələrini, xüsusilə də Ukraynaya yardımı dəstəkləməli olduğunu bildirmişdi. Von Der Leyen bu təkliflərin ittifaqın rəqabət qabiliyyətini artıracağını vurğulayaraq bu məbləğdən 50 milyard avronun yaxın 4 il ərzində Kiyevə qrant və kredit şəklində maliyyə yardımı kimi verilməsini təklif edib.

AB Komissiyasının sədri tərəfindən təqdim edilən təklifi dəyərləndirən Macarıstanın baş naziri Viktor Orban Kiyevə verilən pulların sonradan hara getdiyinin bilinmədiyini vurğulayaraq bu təklifi mənasız hesab etdiyini deyib.

//Gülnarə Abasova, Editor.az