Aİ üzv ölkələrə Rusiya qazının idxalını əngəlləməklə bağlı səlahiyyət verməyə hazırlaşırbackend

Aİ üzv ölkələrə Rusiya qazının idxalını əngəlləməklə bağlı səlahiyyət verməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ Ukrayna böhranından təxminən iki il sonra üzv ölkələrə Rusiya və Belarusdan qaz idxalını dayandırmaq səlahiyyəti verməyə hazırlaşır.

Editor.az bu barədə Financial Times-ə istinadla xəbər verir.

Bu qərar Rusiya və Belarus şirkətlərinə qaz kəmərlərində və maye qaz terminallarında alıcılıq qabiliyyətini qadağan edə biləcək.

Qanun layihəsinə görə, Aİ-yə üzv ölkələr Rusiya və Belarusdan olan qaz operatorlarının “əsas təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri olan yerlərdə” infrastruktura çıxışını qismən və ya tamamilə məhdudlaşdıra biləcəklər. Üzv dövlətlərin və Avropa Parlamentinin müzakirəçilərinin cümə günü layihə mətnini təsdiqləmələri gözlənilir. Mətnin son variantı parlament və üzv dövlətlər tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.

//Gülnarə Abasova, Editor.az