Aİ üzvləri Rusiyada prezident seçkilərinin nəticələrini tanımamağa çağırırbackend

Aİ üzvləri Rusiyada prezident seçkilərinin nəticələrini tanımamağa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Rusiyada prezident seçkilərinin qeyri-demokratik keçirildiyini iddia edib.

Editor.az xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən AP Baş Assambleyasının sessiyasında 429 “hə” səsi ilə qəbul edilən birgə qərarda Avropa Parlamentinin deputatlarının Aİ ölkələrini və beynəlxalq ictimaiyyəti Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini legitim saymamağa çağırdığı bildirilir.

Mətndə Rusiyadakı seçkilərdə həqiqi alternativ namizədlərin olmadığı iddia edilib və Rusiyanın yeni bölgələrində səsvermənin “qanunsuz” olduğu vurğulanıb. Qətnamə müəllifləri həmçinin Aİ-yə Moskva ilə münasibətlərini regional sülh, humanitar məsələlər və insan haqları ilə bağlı məsələlərlə məhdudlaşdırmağı tövsiyə ediblər. Parlamentarilər həmçinin Aİ dövlətlərini müstəqil qeyri-hökumət təşkilatlarını, müstəqil medianı və insan haqları müdafiəçilərini dəstəkləməklə yanaşı, Rusiyadakı demokratik müxalifəti dəstəkləməyə çağırıblar.

Avropalı deputatlar həmçinin Avropa İttifaqı (Aİ) liderlərini Rusiyanın 6-9 iyunda keçiriləcək AP seçkilərinə müdaxilə cəhdlərinə “təcili və sərt” cavab verməyə çağırıblar. Qərarda Kremlin AP seçkilərinə müdaxilə və zərbə vurmaq cəhdlərinin üzə çıxdığı və bu cəhdlərin pisləndiyi bildirilib.

Qərarda deputatların bəzi Avropa Parlamentinin deputatlarının Rusiya təbliğatını yaymaq üçün pul alması və bəzilərinin Rusiyayönümlü “Avropanın səsi” media təşkilatının fəaliyyətində iştirak etməsi ilə bağlı iddialardan dəhşətə gəldiyi bildirilib.

//Gülnarə Abasova, Editor.az