Aİ “Vaqner Qrupu”nu sanksiyalar siyahısına əlavə edibbackend

Aİ “Vaqner Qrupu”nu sanksiyalar siyahısına əlavə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner Qrupu” və RİA FAN-ın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etdiyi səbəbi ilə sanksiya siyahısına əlavə edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasından verilən açıqlamada qeyd edilib.

Aİ-nin fevralın 25-də “Vaqner Qrupu”na bağlı 11 şəxs və 7 təşkilata sanksiya tətbiq etmək qərarına gəldiyini xatırladan bəyanatda Yevgeni Priqojinin maliyyələşdirdiyi “Vaqner Qrupu”nun Rusiyanın Ukraynaya hücumlarında fəal iştirak etdiyi bildirilib.

Açıqlamada, rusiyalı iş adamı Priqojinin Qəyyumlar Şurasının sədri olduğu RİA FAN-ın Rusiyada hökumətyönlü təbliğat və dezinformasiya aparan xəbər agentliyi olduğu qeyd edilib.

Avropa Şurasının son qərarı ilə Aİ-nin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı şəxslərin sayı 1473, təşkilatların sayı isə 207 olub.

//Safura Bənnayeva, Editor.az