Aİ Venesueladakı seçkilərin nəticələri ilə bağlı açıqlama veribbackend

Aİ Venesueladakı seçkilərin nəticələri ilə bağlı açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Venesuelada prezident Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərinin nəticələrinə hörmət edilməlidir”.

Editor.az xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Xosep Borrel X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib. “Venesuela xalqı öz ölkələrinin gələcəyi üçün dinc şəkildə və çoxlu sayda səs verdi. Onların iradəsinə hörmət edilməlidir”, – o vurğulayıb.

Borrelin sözlərinə görə, Venesuelada seçki prosesinin şəffaflığının təmin edilməsi və seçkilər zamanı səslərin təfərrüatlı hesablanması ölkə üçün həyati əhəmiyyət daşıyır.

Bundan əvvəl Venesuela müxalifəti sağçı namizəd Edmundo Qonzalesin seçkidə qalib gəldiyini düşünürdü. Bundan əlavə, Argentina Maduronun seçkilərdəki qələbəsini tanımayıb. Prezident Javier Miley-in sözlərinə görə, məlumatlar Maduro müxalifətinin “əzici” qələbəsini göstərir.

//Gülnarə Abasova, Editor.az