Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə bir araya gəlib.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial media hesabında bu barədə açıqlama verib.
Qeyri-rəsmi görüşün girişində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransı keçirən Borrell nazirlərin müharibə ilə bağlı son vəziyyəti və Ukraynaya verilən dəstəyi müzakirə edəcəklərini bildirib.
Borrell vurğulayıb ki, bütün üzv ölkələrin nazirləri Kiyevdə toplaşıb və Ukraynanı dəstəkləmək əzmində olduqlarını nümayiş etdiriblər. Bir jurnalistin ABŞ-ın müvəqqəti büdcə layihəsində Ukraynaya yeni hərbi yardım paketinin olmaması ilə bağlı sualına cavab olaraq Borrell, “Bu müharibənin bütün dünya üçün ciddi nəticələri olacaq. Bu, dünyadakı hər kəsə belə görünməyə bilər. Amma biz avropalılar üçün bu müharibə varoluşsal bir təhlükədir”,- deyə bildirib.
//Gülnarə Abasova, Editor.az

