Aİ xarici işlər nazirləri İsrail və Fələstin nümayəndələri ilə görüşəcəkbackend

Aİ xarici işlər nazirləri İsrail və Fələstin nümayəndələri ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ xarici işlər nazirləri bazar ertəsi Brüsseldə İsrailin xarici işlər naziri İsrael Katz və Fələstin administrasiyasının rəhbəri diplomat Riyad əl-Maliki ilə ayrı-ayrılıqda görüşlər keçirəcəklər. Tərəflər Qəzza zolağında vəziyyətin həllini müzakirə edəcəklər.

Editor.az bu barədə İsrailin “Times of Israel” qəzetinə istinadla məlumat yayıb.

Katz və Əl Maliki bu gün Brüsseldə Səudiyyə Ərəbistanı, İordaniya, Misirdən olan həmkarları və Ərəb Liqasının baş katibinin də iştirak edəcəyi Avropa İttifaqı Xarici Əlaqələr Şurasının iclasında ayrıca çıxış edəcəklər.

Daha əvvəl bildirilmişdi ki, İsrailin Fələstinin Həmas hərəkatının daimi atəşkəs tələbini qəbul etməməsi səbəbindən Qəzza zolağında məhbusların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib.

//Gülnarə Abasova, Editor.az