Aİ Şurasının mətbuat xidmətinin verdiyi açıqlamaya görə, Avropa İttifaqı (Aİ) rəsmiləri Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilib ki, bu məhdudiyyətlər Yaxın Şərq ölkəsində bank, enerji və nəqliyyat sektorlarına şamil edilib. Xüsusilə, Sənaye Bankı, Xalq Kredit Bankı, Əmanət Bankı, Kənd Təsərrüfatı Kooperativ Bankı və Suriya Ərəb Hava Yolları məhdudiyyətlərdən azad olacaq. Suriya Mərkəzi Bankını pul və iqtisadi resurslarla təmin etməklə yanaşı, bu Yaxın Şərq ölkəsinə şəxsi istifadə üçün dəbdəbəli malların tədarükünə qoyulan qadağa da aradan qaldırılıb.
//Gülnarə Abasova, Editor.az