Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası “Ukrayna və Niderland Rusiyaya qarşı” adlı dövlətlərarası iş üzrə qərarını elan edib. Bu barədə Ukraynanın Ədliyyə Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, məhkəmə Ukrayna hökumətinin Rusiya Federasiyasına qarşı irəli sürdüyü şikayətlərin demək olar ki, hamısını təmin edib.
“Bu qərar presedent xarakteri daşıyır və AİHM-in dövlətlərarası işlər üzrə praktikasında ən əhəmiyyətli qərarlardan biri kimi qiymətləndirilə bilər”, – deyə Ukrayna Ədliyyə Nazirliyi bildirib.
Məhkəmə 2014-cü ildən etibarən Rusiya tərəfindən Ukraynanın işğal olunmuş ərazilərində və 2022-ci ildən başlayan genişmiqyaslı müharibə zamanı insan hüquqlarının sistemli və kütləvi şəkildə pozulduğunu təsdiqləyib.
//Samir Qurbanov, Editor.az

