Ailəsi açıqladı: Məşhur aktyor Brüs Uillis demensiyadan əziyyət çəkirbackend

Ailəsi açıqladı: Məşhur aktyor Brüs Uillis demensiyadan əziyyət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ aktyoru Brüs Uillis davranış və şəxsiyyət dəyişiklikləri, təfəkkür, dil və hərəkət pozğunluğü əlamətləri göstərən frontotemporal demensiyadan əziyyət çəkir.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat verib.

Keçən il 68 yaşlı Uillisin afaziya diaqnozu qoyulduqdan sonra aktyorluq karyerasından uzaqlaşacağı açıqlanmışdı. Uillisə dəqiq diaqnoz qoyulduğu üçün rahatlaşdıqlarını ifadə edən ailə frontotemporal demansın 60 yaşlarında insanlarda çox rast gəlinən bir xəstəlik olduğunu bildirib. Bu gün xəstəliyin müalicəsi olmadığı halda, ailə bu vəziyyətin yaxın günlərdə dəyişə biləcəyinə ümidli olduqlarını bildirib.

Qeyd edək ki, “Die Hard” serialı ilə tanınan aktyora ötən ilin martında afaziya diaqnozu qoyulub. Məlumdur ki, afaziya beynin dil və nitqə cavabdeh olan nahiyələrinin zədələnməsi nəticəsində nitq pozğunluğu şəklində özünü göstərir.

//Gülnarə Abasova, Editor.az