Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir İDDİA – VİDEObackend

Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir İDDİA – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.

Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.

Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:

“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.

Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.

Daha ətraflı videoda: