Qazaxıstanın “Air Astana” aviaşirkəti Rusiyaya və onun ərazisi üzərindən uçuşları dayandırıb.
Editor.az-ın “Qolos Amerika”ya istinad verdiyi məlumata görə,bu barədə martın 5-də aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
“”Air Astana” təəssüflə bildirir ki, Rusiya Federasiyasına, Rusiya Federasiyasından və onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar bu marşrut üzrə bütün reyslər dayandırılır. Aviaşirkət uçuşların tez bir zamanda bərpası ilə əlaqədar məsələləri Qazaxıstan hökuməti ilə təcili həll etməyə çalışır” – Şirkətin məlumatında deyilir

