“Airbus” İranın sifariş etdiyi 100 təyyarəni veməkdən imtina etdibackend

“Airbus” İranın sifariş etdiyi 100 təyyarəni veməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Airbus”, İran Hava Yollarına çatdırılması nəzərdə tutulan 100 təyyarəni sifariş kitabından çıxarıb.

Editor.az xəbər verir ki, bu barədə istehsalçının 2023-cü il üçün hesabatında deyilir. Təchizat müqaviləsi 2016-cı ilin sonunda bağlanıb və ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etməsindən sonra saziş dondurulub.

Xatırladaq ki, nüvə sazişi çərçivəsində 2016-cı ildə İrana qarşı bəzi məhdudiyyətlər aradan qaldırılıb. Bundan sonra ölkə Airbus ilə 100 təyyarə tədarükü barədə razılığa gəlib. “FlightGlobal” portalı yazır ki, bunlara 16 A350-1000, 28 A330-900, on A330-200, 32 A320neo, səkkiz A321 və altı A320 daxildir.

Şirkət “Iran Air”i ilkin olaraq Kolumbiyanın “Avianca” şirkəti üçün nəzərdə tutulmuş iki geniş gövdəli A330-200 və bir dar gövdəli A321 təyyarəsi ilə təchiz edib.

//Samir Qurbanov, Editor.az