Avropa Komissiyası aprel ayında Rusiyadan mayeləşdirilmiş təbii qazın Avropa İttifaqına tədarükünü qadağan edən direktivi təqdim etməyə hazırlaşır.
Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Avropanın enerji komissarı Kadri Simson deyib. “Biz gözləyirik ki, Avropa Parlamenti aprel ayında Strasburqda keçiriləcək plenar iclasında bu direktivə dair yekun səsvermə keçirəcək ki, bu da ölkələrimizə sanksiyalara əl atmadan [Rusiya LNG-yə qarşı] hərəkətə keçməyə imkan verəcək”, – Simson bildirib.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, keçən il Amerika ardıcıl üçüncü ildir ki, Avropaya mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçısı olub. Agentlik ABŞ-ın Avropa Birliyinin LNG idxalında payının 48% və ya gündəlik 7,1 milyard kubmetr olduğunu açıqlayıb. İkinci yerdə gündə 2 milyard kubmetr LNG tədarük edən Qətər 14 faizlə qərarlaşıb. Rusiya 13 faiz pay və 1,8 milyard kubmetr gündəlik həcmlə üçüncü yerə düşüb. Ümumilikdə, ABŞ, Qətər və Rusiya Avropaya LNG tədarükünün 75%-ni təmin edir. Aİ-nin ümumi LNG idxalı 2022-ci ilə qədər demək olar ki, dəyişməyərək gündə 14,7 milyard kubmetrə çatacaq.
//Gülnarə Abasova, Editor.az

