Akademiya: Hadisədən sonra Will Smithdən mərasimi tərk etməsini istədik, o, rədd etdibackend

Akademiya: Hadisədən sonra Will Smithdən mərasimi tərk etməsini istədik, o, rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oskar mükafatlarını təşkil edən Kino Sənətləri və Elmləri Akademiyası, Oskar mükafatlarının 94-cü təqdimat mərasimində komediya ustası Kris Roka şillə vurduqdan sonra aktyor Uill Smitdən mərasimi tərk etməsi istənildiyini, lakin Smitin imtina etdiyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Smitə qarşı “intizam araşdırması”nın başlandığı da bildirilib.

Akademiya aprelin 18-də keçiriləcək kollegiya iclasında qərar verilə biləcəyini və mümkün cəzalar arasında “üzvlüyün dayandırılması, xaric edilməsi və digər sanksiyaların” olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az