“AKADEMİYANI MEHDİYEVDƏN XİLAS ETMƏK LAZIMDIR” – Ziya Məmmədovun qardaşı AMEA prezidentinə qarşıbackend

“AKADEMİYANI MEHDİYEVDƏN XİLAS ETMƏK LAZIMDIR” – Ziya Məmmədovun qardaşı AMEA prezidentinə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Azərbaycan Milli Elmlər Akademiyasında baş verən son hadisələrə təəccüblənmirəm. Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır”.

Bunu “Unikal”-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib.

O bildirib ki, bu proseslər davam edəcək: “AMEA-nı xilas etmək lazımdır ki, Azərbaycan elmi dünya elminə düzgün inteqrasiya edə bilsin. AMEA-nın akademikləri ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməlidirlər və bununla bağlı Dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm və bu gün də həmin sözümün üzərindəyəm.

Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir”.