“Sabah Rusiyadan geniş tərkibdə heyət gələcək. Taktiki və texniki olaraq, kim harada dayanacaq, kim nə edəcək məsələlərini müzakirə edəcəyik”.
Publika.azxəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki:
“Türkiyə Qarabağda hardadır? Türkiyə işin dibindədir. Həm masada, həm meydanda. Qarabağda hansısa “oldu-bitdi” söhbəti yoxdur. Nəticədə nə istəyirik: atəşkəsin qalıcı olmasını, sülhün təmin edilməsini, sərhədlərin müəyyən olunmasını. Amma kimsə kimsənin haqqında təcavüz edə bilməz”.

