Akardan Ukrayna açıqlaması: Qarşısı alınmalıdır…backend

Akardan Ukrayna açıqlaması: Qarşısı alınmalıdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini bildirib.

Editor.az bildirir ki, Hulusi Akar Münhen Təhlükəsizlik Konfransından sonra jurnalistlərə açıqlamalar verib.

Nazir Ukrayna ilə Rusiya arasındakı gərginliyi yaxından izlədiklərini ifadə edərək deyib:

“Orada hərbi fəaliyyət var. Bu hərbi hərəkətliliyin müəyyən təsirləri var. Bununla bağlı mətbuatda bəzi xəbərlər mövcuddur. Bunlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bəzi dezinformasiyalardan, saxta xəbərlərdən bəhs edilir. Ona görə də bəzi arzuolunmaz halların yaranmasının qarşısını almaq lazımdır”.