Türkiyənin Müdafiə Naziri Hulusi Akar və Ukraynanın Müdafiə naziri Oleksii Rezinkov arasında telefon danışığı olub.
Editor.az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Ukraynadakı vəziyyət müzakirə olub.
Hulusi Akar qısa zamanda Ukraynada atəşkəsin əldə olunmasının və humanitar yardımların çatdırılmasının zəruriliyini vurğulayıb. O qeyd edib ki, münaqişənin başa çatması və sülh danışıqlarına başlanılması hər iki tərəf üçün vacib və əhəmiyyətlidir.
//Editor.az