Bakıda yük avtomobili küçədə yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Rayon ərazisində hərəkətdə olan “Ford” markalı yük avtomobili yolda qəfil alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilsə də, avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

