Sabiq parlament sədri və Türkiyə baş nazirinin müavini Bülənt Arınçın may ayına təyin edilmiş ümumi seçkiləri təcili təxirə salmaq çağırışı hakimiyyət üçün təlimat deyil.
Editor.az bildirir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini İhsan Yavuz deyib. AKP sədr müavininin qeyd dib ki, indi partiya üzvləri insanların həyatını xilas etməklə məşğuldur və partiya rəhbərliyində qarşıdan gələn prezident və parlament seçkiləri mövzusu heç bir formada gündəmə gətirilməyib, çünki indiki şəraitdə bu barədə danışmaq ayıbdır”, -“Hürriyet” qəzeti yazıb.
“Bütün Türkiyə xalqı zərər görüb və indi fəlakətin ortasında bu mövzunu gündəmə gətirmək ölənlərin xatirəsini təhqir etməkdir. İnsanları qorxutmağa çalışmaq lazım deyil”, – deyə Yavuz əlavə edib. Xatırladaq ki, ölkə parlamentinin eks-spikeri, keçmiş baş nazirin müavini Bülənt Arınç öz Twitter hesabında ölkə rəhbərliyini dağıdıcı zəlzələlər fonunda ümumi seçkiləri dərhal təxirə salmağa çağırıb və qeyd edib ki, Türkiyə xalqı seçkiqabağı stressdən qurtulmalıdır.
//Samir Qurbanov,Editor.az