Artıq bir müddətdir Laçın yolunda aksiyalar davam edir. Görünən odur ki, aksiyaçıların tələbləri yerinə yetirilməsə bu etiraz dalğası daha geniş vüsət alacaq.
Bəs aksiyaların tərtibi, istiqaməti hansısa formada dəyişə bilər?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Xankəndi-Şuşa yolu humanitar məqsədlərlə açılsa da Ermənistan və Rusiya Azərbaycan faydalı qazıntı yataqlarının qanunsuz istismarını həyata keçirir:
“Bu, 10 noyabr bəyanatına ziddir. Azərbaycanın Ermənistan və Rusiyaya xəbərdarlığından sonra əl atdığı yumuşaq gücün nəticəsidir. Ermənistan və Rusiya konkret addımlar atmasa, monitorinqə imkan verilməlidir. Əgər bu imkanlar yaradılmasa aksiyalar davam edəcək. Ermənistan Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə bildirib ki, Laçın dəhlizinə verilən status Zəngəzur dəhlizinə də verilməlidir. Əgər Ermənistan bunu etməsə, biz də lazımı addımı atacağıq. Azərbaycanın tələbləri var. Onlar yerinə yetirilməli, yol açılmalıdır. Bundan sonra Laçın yolunda da nəzarət məntəqəsi yaradılmalıdır. Çünki ölkəmizi təhdid edəcək əməliyyatlar həyata keçirilir”.
//Safura Bənnayeva, Editor.az

