Aktrisaya elçi düşən nazir müavini kimdir – VİDEObackend

Aktrisaya elçi düşən nazir müavini kimdir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zamanında mənimlə ailə qurmaq istəyən çox bəylər olub. Nazir müavininə kimi mənə elçi düşən olub”.

Editor.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri aktrisa Nəzakət Məmmədova qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.

Xəyanət səbəbi ilə həyat yoldaşından boşanan sənətçi bildirib ki, 27 yaşı olanda Ədliyyə nazirinin müavini ona elçi düşüb və onunla evlənmək istəyib.

“O zamanlar doğum evində uşaq həkimi işləyirdim. Həkim yoldaşımızın toyunda idim, həmin şəxs məni orada gormüşdü. Nazir müavini məni bəyənmişdi. Adını çəkməyəcəyəm, çünki həmin şəxs vəfat edib. O, çox hörmətli bir insan idi, Ədliyyə nazirinin müavini idi. Övladlarımın onda 2-3, mənim isə 27 yaşım vardı. Yenidən ailə qurmaqdan qorxdum. Ögey atanın yanında xüsusi ilə qız uşağını böyütməkdən qorxdum”, – deyə Nəzakət bildirib.

Qeyd edək ki, Nəzakət Məmmədova açıqlamalarının birində həyat yoldaşını qardaşı arvadı ilə evində bir yerdə tutduğunu etiraf edib.