NATO-nun Qərbi Balkanlarda ilk hava bazası Albaniyada açıldı. “Bazar ertəsi Albaniya rəsmi olaraq Kucova Hərbi Hava Bazasını açıb və onu NATO-nun gələcək hava əməliyyatları üçün müasir mərkəzə çevirib”.
Editor.az bildirir ki, bu barədə NATO öz saytında məlumat yayıb. Məlumatda qeyd edildiyi kimi, aviabaza Albaniyanın paytaxtı Tiranadan 80 kilometr cənubda, Kuçova şəhərindəki köhnə hərbi aerodromun yerində yerləşir. Onun tikintisinə 2019-cu ildə başlanılıb.
NATO qeyd edib ki, alyans bazanın modernləşdirilməsini 50 milyon avroya maliyyələşdirib. O, Albaniyaya xidmət göstərəcək və logistika dəstəyi, hava əməliyyatları və alyans təlimləri həyata keçirəcək.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya Silahlı Qüvvələri NATO-nun hərbi bazası Ukrayna ərazisində peyda olacağı təqdirdə onu vuracaq. Siyasətçi qeyd edib ki, Avropa İttifaqı Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsini elan edib və bu bəyannamədə hərbi bazalar da daxil olmaqla yaradılması haqqında sazişlərin bağlanması imkanları nəzərdə tutulub.
//Samir Qurbanov,Editor.az

