Albert Eynşteynin ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə ünvanladığı məktub hərracda 3,992 milyon dollara satılıb. Məktubda müasir nəzəri fizikanın banilərindən birinin nasist Almaniyasının nüvə bombası yarada biləcəyi barədə xəbərdarlıq edib.
Sənədin təxmini dəyəri 4-6 milyon dollar təşkil edib.
2 avqust 1939-cu il tarixli məktub iki nüsxədə yazılıb. Mətn alman dilində Albert Eynşteyn tərəfindən diktə edilmiş, daha sonra tələbəsi, macar fizik Leo Silard tərəfindən ingilis dilinə tərcümə edilmişdir.
Məhz Silard həmkarları Yucin Viqner və Edvard Teller ilə birlikdə Eynşteynə müraciət edərək ABŞ prezidentini nasist Almaniyasından mümkün nüvə təhlükəsi barədə xəbərdar etmək istəyib. Amerika prezidentinə göndərilən ilk versiya 1945-ci ildən Nyu-Yorkda Ruzvelt Prezident Kitabxanası və Muzeyində saxlanılır. Eynşteyn tərəfindən imzalanmış ikinci, daha qısa ikinci versiya isə “Miscrosoft”un həmtəsisçisi Paul Allenin şəxsi kolleksiyasında oub. Latların hərraca çıxarmaq qərarını 2024-cü ilin iyununda “Christie’s” açıqlamışdı.
//Samir Qurbanov, Editor.az