Serbiya prezidenti Aleksandar Vucic bu dəfə Rusiya prezidenti Vladimir Putinə ad günü təbriki göndərməmək qərarına gəlib.
Editor.az bildirir ki, bu barədə “Danas” yazıb. Nəşr qeyd edir ki, Belqrad Vuçiçin təbriklərinin olmamasının konkret səbəblərini göstərməyib.
Tanınmış serb hüquqşünas Nikola Lakiç jurnalistlərə bildirib ki, Vuçiç prezident olduğu 8 il ərzində hər il Putini ad günü münasibətilə təbrik edib. Vəkil Vuçiçin rusiyalı həmkarına təbrik göndərməmək qərarını Serbiya rəhbərinin əvvəllər Putinlə sıx əlaqədə olması ilə əlaqələndirib. İndi isə Serbiya lideri yalnız Fransa prezidenti Emmanuel Makronla ünsiyyət qurur, çünki bu, onun üçün faydalıdır, – Lakiç qeyd edib.
//Samir Qurbanov, Editor.az

