Aleksandr Lukaşenko: Belarus Rusiyanın tərəfində müharibəyə qoşula bilər, əgər…backend

Aleksandr Lukaşenko: Belarus Rusiyanın tərəfində müharibəyə qoşula bilər, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ərazisindən Belarusa “ən azı bir əsgər” keçərsə, Belarus ordusu Rusiya ordusu ilə birgə döyüşə başlaya bilər.

Editor.az bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib: “Mən ruslarla birlikdə hələlik yalnız bir halda Belarus ərazisindən döyüşməyə hazıram: əgər oradan bir əsgər belə, mənim xalqımı öldürmək üçün Belarus ərazisinə keçərsə… Belarusa qarşı təcavüz etsələr, cavab çox sərt olacaq”, – Aleksandr Lukaşenko bildirib.

O qeyd edib ki, Belarusun işğalı halında “müharibə tamam başqa xarakter alacaq”. Aleksandr Lukaşenkonun sözlərinə görə, Qərb ölkələri Belarusu hərbi əməliyyatlara cəlb etmək istəyir. “Biz sizə bu şansı verməyəcəyik. Amma bizim torpağımıza ayaq basmağa cəsarət etsəniz, cavab dəhşətli olacaq.

Qərblilər bunun necə və hansı silahla olacağını bilirlər”, – Prezident bildirib. Aleksandr Lukaşenko Belarusun Ukraynadakı hərbi əməliyyatlarda birbaşa və ya dolayısı ilə iştirakı ilə bağlı hər hansı məlumatı təkzib edib. 2022-ci il oktyabrın 10-da isə Rusiya və Belarus qoşunlarının birgə qrupu yaradılıb.

  //Samir Qurbanov, Editor.az