Aleksandr Lukaşenko Belarusun da tanımadığı Abxaziyaya səfərə gəlibbackend

Aleksandr Lukaşenko Belarusun da tanımadığı Abxaziyaya səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazisi olan Abxaziyaya səfərə gəlib.

Editor.az xəbər verir ki, bu barədə məlumat qondarma respublikanın “prezidenti” Aslan Bjaniyanın saytında yer alıb. Məlumatda bildirilir ki, görüş “Pitsundadakı dövlət daçası”nda baş tutub. Lukaşenko deyib ki, o, “böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə” Abxaziya problemlərini müzakirə edib: “Biz bu məsələləri gecəyə qədər çox müzakirə etdik və bu nəticəyə gəldik ki, Abxaziyadan imtina etmək olmaz”.

Qeyd edək ki, avqustda Bjaniya bildirmişdi ki, Abxaziya Rusiya və Belarusdan ibarət qondarma İttifaqın üzvü olmağa hazırdır, baxmayaraq ki, Belarus hələ Abxaziyanı tanımayıb.

Lukaşenko özü 2015-ci ildə bəyan etmişdi ki, Minsk Gürcüstanın ərazi bütövlüyünə hörmət edir.

  //Samir, Editor.az