Aleksandr Lukaşenko: “Bir qadını Belarusla “yükləmək” olmaz”backend

Aleksandr Lukaşenko: “Bir qadını Belarusla “yükləmək” olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko hazırkı Konstitusiya ilə idarə olunan Belarusu bir qadının üzərinə “yükləməyə” hazır olmadığını söyləyib.

Editor.az xəbər verir ki, bu barədə “BELTA” agentliyi məlumat yayıb.

“Mən qadının prezident ola bilməyəcəyini dediyimdə onlara qətiyyən hörmətsizlik etmək istəmədim. Mənim qadın opponentlərin sözlərimi qəsdən təhrif etdilər. Fəqət mən onlara çox hörmət edirəm”, – deyə Aleksandr Lukaşenko qeyd edib.

Belarus lideri hətta özünü “qadınların prezidenti” adlandıraraq əks cinsin seçkilərdə həmişə məhz onu dəstəklədiyini bildirib.

//Musavat.com