Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya və Ukrayna tez bir zamanda danışıqlar masası arxasına əyləşməli və hərbi əməliyyatların dayandırılmasını müzakirə etməlidir.
Onun fikrincə, danışıqlar 2022-ci ilin martında İstanbulda əldə edilmiş razılaşmalar əsasında aparılmalıdır. Lukaşenkonun sözlərinə görə, Ukrayna Rusiyanın xüsusi əməliyyatının bəyan edilmiş məqsədlərindən biri olan “denazifikasiya” mərhələsini artıq keçib və münaqişəyə son qoymaq üçün danışıqlara başlanmalıdır.
“Siz bəzən nasistlərdən danışırsınız. Bu nasistlər artıq yoxdur. Ukrayna denazifikasiya edilib. Orada yalnız bir neçə quduz nasist var və onlar da artıq dəbdə deyil”, – Belarus prezidenti bildirib: “Əgər siz danışıqlar masasına otursanız, dərhal sual yaranır: haradan başlamaq lazımdır?
O (Prezident Vladimir Putin) sıfırdan düzgün, ağılla təklif edib: İstanbulda qaldığımız yerdən başlayaq. Gəlin, sizin tərəfinizdəki danışıqlar aparanların və liderlərin imzaladığı bu dəftəri açaq. Bəli, yer üzündə vəziyyət dəyişib, amma buradan başlaya bilərik. Müzakirələrə başlayın”, – Aleksandr Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində deyib.
//Samir Qurbanov, Editor.az