Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin ardınca Qərbi nüvə silahı ilə hədələməyə başlayıb.
Sentyabrın 27-də Minskdə tələbələrlə görüşdə siyasətçinin bəyanatları Belarus prezidentinin saytında yer alıb.
Lukaşenko Belarusun dövlət sərhədini “qırmızı xətt” adlandırıb. Onun sözlərinə görə, Qərbin Rusiya və Belarusa hücumu olarsa, hər iki ölkə dərhal “nüvə silahından istifadə edəcək”. “Biz nüvə silahından istifadə edəcəyik – Rusiya da bu arsenaldan istifadə edəcək. Bu artıq dünya müharibəsi olacaq. Qərbdə bunu istımir, çünki buna hazır deyil. “Biz onlara açıq deyirik: qırmızı xətt dövlət sərhəddidirsə, cavab dərhal olacaq”, – Lukaşenko bildirib.
//Samir Qurbanov, Editor.az