Aleksandr Lukaşenko həmişə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə əməkdaşlıq edib – SSRİ DTK-nın keçmiş general-mayorubackend

Aleksandr Lukaşenko həmişə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə əməkdaşlıq edib – SSRİ DTK-nın keçmiş general-mayoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-cü ildən Belarusda hakimiyyətdə olan Aleksandr Lukaşenko həmişə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə əməkdaşlıq edib.

Editor.az xəbər verir ki, bunu ABŞ-da yaşayan SSRİ DTK-nın keçmiş general-mayoru Oleq Kaluqin GORDON internet nəşrinin yaradıcısı Dmitri Qordona müsahibəsində deyib.

O qeyd edib ki, keçmiş Sovet İttifaqının bütün ölkələrində Rusiya xüsusi xidmət orqanları “Qərbdəki kimi kəşfiyyat işlərini təşkil ediblər. Bu mənada müstəqil qalan yeganə ölkə məşhur “prezident” Lukaşenkonun KQB ilə hər zaman əməkdaşlıq etdiyi və heç bir problem yaşamadığı Belarusdur”, – Kalugin bildirib. Onun sözlərinə görə, məhz Lukaşenkonun KQB ilə əməkdaşlığı sayəsində “Belarusda ən sabit nizam olub”.

//Samir Qurbanov, Editor.az