Aleksandr Lukaşenko: İrana Belarus, Belarusa da İran lazımdırbackend

Aleksandr Lukaşenko: İrana Belarus, Belarusa da İran lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko ilə İran prezidenti İbrahim Rəisi arasında danışıqlar baş tutub.

Editor.az bildirir ki, görüşdə Belarus lideri qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlər dinamik inkişaf edən qarşılıqlı faydalı əməkdaşlıq ilə seçilir.

Lukaşenkonun sözlərinə görə, çətin geosiyasi vəziyyətə görə Belarus və İran bir-birləri üçün nə qədər vacib olduqlarını anlayıblar: “Biz bu dünyada nə qədər sıx əməkdaşlıq etməli olduğumuzu anladıq”, – o deyib.

Öz növbəsində, Rəisi qeyd edib ki, ölkələr qarşılıqlı əlaqələri gücləndirməkdə davam edirlər və hazırda iki dövlət arasında münasibətlərdə müəyyən irəliləyiş müşahidə olunur. Raisi sonda onu da qeyd edib ki, Lukaşenkonun Tehrana səfəri ikitərəfli münasibətlərimizin inkişafına böyük təkan verəcək.

  //Samir Qurbanov, Editor.az