Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 15-də danışıqlar aparacaqlar.
Editor.az BELTA-ya istinadən xəbər verir ki, Belarus prezidenti artıq Rusiyaya yola düşüb. İki prezidentin görüşündə əsas mövzuların beynəlxalq gündəm olacağı gözlənilir. İqtisadiyyat və idxalın əvəzlənməsi sahəsində birgə vəzifələr də müzakirə ediləcəkdir.
Aleksandr Lukaşenko və Vladimir Putin sonuncu dəfə iyulun 23 və 24-də danışıblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, onlar “Vaqner” PMC-lə bağlı vəziyyəti müzakirə etmişdilər.
Bundan əlavə, ticarət-iqtisadi əməkdaşlıq və İttifaq dövləti mövzularına toxunulmuşdu.
//Samir Qurbanov, Editor.az