Aleksandr Lukaşenko Nikol Paşinyana öyüd-nəsihət etdibackend

Aleksandr Lukaşenko Nikol Paşinyana öyüd-nəsihət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Problemli məsələlər demarşlarla deyil, danışıqlar masası arxasında həll edilməlidir.

Editor.az bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasının plenar iclasında deyib.

“Biz gizlətməyəcəyik, Qafqazdakı vəziyyəti, KTMT şura üzvlərindən birinin bəzi narazılığını müzakirə etdik. Belə qənaətə gəldik ki, problemli məsələlər həmişə olub və olacaq. Əgər biz bunları həll etmək niyyətindəyiksə, o zaman danışıqlar masası arxasında həll olunmalı, konkret səbəblər olmadan demarşlar edilməməlidir.

Biz fikir bildirdik və arzuladıq ki, böyük ehtimalla Sankt-Peterburqda, əsasən iqtisadi hadisədən sonra erməni dostlarımızı görəcəyik”, – Lukaşenko deyib.

Minsk sammitindən sonra KTMT-nin baş katibi İmanqali Tasmaqambetov İrəvana səfər edəcək. O, sənədləri imzalanması üçün Ermənistan tərəfinə təhvil verəcək. Cənab Tasmaqambetov bildirib ki, Ermənistan respublikaya yardım haqqında sənədin sammitin gündəliyindən çıxarılmasını xahiş edib. Onun sözlərinə görə, ölkə bu sazişə heç bir maraq göstərməyib.

//Samir Qurbanov, Editor.az